AZ

ABŞ İranı vurdu: Neft bazarının cavabı özünü gözlətmədi

ABŞ-ın bu həftə ərzində İrandakı hərbi obyektlərə ikinci dəfə zərbə endirməsi tərəflər arasında hərbi münaqişənin yenidən başlanması ehtimalını gücləndirib.

Musavat.com xəbər verir ki, dünya neft bazarı bu riskə dərhal reaksiya verib: Dünən 94 dollara qədər enən qiymətlər sürətlə artır.

Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçersləri 1 barel üçün 3 dollardan çox bahalaşaraq 97,50 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında WTI  neftinin qiyməti isə 3 dolalra yaxın artmaqla 91,90 dollar təşkil edir.

Hazırda bazar iştirakçıları İranın zərbələrə cavabını gözləyir.

Musavat.com

Seçilən
63
musavat.com

1Mənbələr