AZ

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. Məsələn, bir vətəndaş bildirir ki, anası 40 il müəllim işləyib və hazırda 64 yaşı var. Onun pensiya hesabında kifayət qədər vəsait toplansa da, ailə həmin vəsaitdən istifadə edə bilmir. Vətəndaş qeyd edir ki, anası ağır xəstədir və müalicəsi üçün ciddi maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən o, pensiya fonduna yığılan məbləğin müalicə məqsədilə geri qaytarılmasını təklif edir. Bundan əlavə, insanlar hesab edir ki, şəxs vəfat etdikdən sonra həmin vəsaitin ailəsinə verilməməsi narazılıq yaradır.

Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş niyə öz pensiya kapitalından istifadə edə bilmir?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı, deputat Vüqar Bayramov danışıb. O deyib ki, Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir:

“Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub”.

Deputat qeyd edib ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və pensiya kapitalından istifadə mexanizminin hazırlanması məqsədəuyğun olardı:

Seçilən
62
9
publika.az

10Mənbələr