Rusiyalı həkim Borxa Kiroqa maqneziumun artıq qəbulunun ürək problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Ölkə.az “lenta.ru”ya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, maqnezium qəbul etmək üçün yeganə əsas qan analizində onun səviyyəsinin aşağı çıxmasıdır.
O izah edib ki, bu mineralın çatışmazlığı, məsələn, bəzi böyrək xəstəlikləri olan insanlarda və ya mədə turşuluğunu azaldan dərmanları mütəmadi qəbul edən şəxslərdə yarana bilər.
Kiroqa vurğulayıb ki, əgər qanda maqnezium səviyyəsi normaldırsa, əlavə maqnezium qəbulunun heç bir müsbət təsiri olmayacaq. Əksinə, mineralın artıq olması ürəklə bağlı ciddi problemlərə səbəb ola bilər.
Həmidə İbrahimova