AZ

Azərbaycanın voleybol millisi Belarusdakı təlim məşq toplanışını başa vurub

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.

Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.

Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
4
cebheinfo.az

5Mənbələr