AZ

Yəmənin sabiq prezidenti Səudiyyə Ərəbistanında vəfat edib

Yəmənin sabiq Prezidenti Əbül Rəbbuh Mənsur Hadi Səudiyyə Ərəbistanında vəfat edib.

Bu barədə AFP agentliyi Yəmən prezidentliyindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, 80 yaşlarında olan Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qəfil sağlamlıq problemi nəticəsində ölüb.

Hadi 2015-ci ildə Yəməndə vətəndaş müharibəsi başlayandan sonra ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınmışdı. Müharibə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri və Səudiyyə koalisiyası arasında başlamışdı.

Seçilən
24
6
apa.az

7Mənbələr