AZ

Rusiyada dindarların həbsinin Ağalarovun yandırılmış obyekti ilə nə əlaqəsi?


2026-cı ilin may ayında Rusiyanın müxtəlif regionlarından müsəlman dini liderlərinin – muftilərin, imamların və ictimai fəalların saxlanılması və həbsi ilə bağlı xəbərlər səngimir. Bu həbsləır ilk baxışda bir-birindən ayrı hadisə görünsə də, onların ümumi məntiq çərçivəsində baş verdiyi ehtimalı getdikcə güclənir. Musavat.com xəbər verir ki, bu barədə müxalif “meduza.io” saytı xəbər verir.
Picture“Məsələn, Mordoviyada mufti Рail Asainov rüşvət verməkdə şübhəli bilinərək saxlanılıb. Moskva şəhərində isə imam Bisam Əli Bardvil polisə tabe olmama ittihamı ilə 15 sutkalıq həbs edilib. Digər tərəfdən, bir neçə dini xadim – o cümlədən Məhəmməd Henni, , Əhməd Tanqiyev “terrorçu təşkilatı” hesab edilən “Müsəlman qardaşlar”la əməkdaşlıqda ittiham olunurlar. “Bu şəxslərin ortaq cəhəti onların Rusiya Müsəlmanlarının Dini İdarəsinin rəhbəri Ravil Qaynutddinlə yaxınlıqlarıdır”-sayt yazır. Ekspertlərin fikrincə isə baş verənlər tək-tək hüquqi hadisələrdən daha çox, sistemli təzyiq kampaniyasını xatırladır. Politoloqlar və islamşünaslar hesab edirlər ki, bu proses Rusiyada islam üzərində nəzarətin gücləndirilməsi və müstəqil dini strukturların zəiflədilməsi məqsədi daşıya bilər.
“Meduza” yazır ki, Ravil Qaynutdinin mövqeyi bu kontekstdə xüsusi diqqət çəkir: “O, uzun illər Kremlin siyasətinə açıq qarşı çıxmasa da, müəyyən məsələlərdə fərqli mövqe sərgiləyib. Xüsusilə miqrantların müdafiəsi, məscidlərin sökülməsinə etiraz və müsəlmanların dini azadlıqları ilə bağlı çıxışları onu digər rəsmi dini liderlərdən fərqləndirib. Eyni zamanda, o, hakimiyyətlə münasibətləri tam kəskinləşdirməyərək balans siyasəti yürüdüb – prezidentə dəstək verib, dövlət təşəbbüslərində iştirak edib. Lakin son dövrlərdə bu balansın artıq qənaətbəxş sayılmadığı ehtimal olunur”.
PictureDigər mühüm faktor isə “Crocus Siti Hall” hadisəsindən sonra yaranmış ümumi təhlükəsizlik mühitidir. “Crоcus Sity Hall”da baş verən terror aktından sonra Rusiyada müsəlman icmalarına və xüsusilə miqrantlara qarşı təzyiqlər artıb. Bu isə hüquq-mühafizə orqanlarına daha sərt tədbirlər üçün zəmin və bəhanə yaradıb.
Bəzi analitiklər hesab edir ki, bu prosesdə daxili rəqabət amili də rol oynayır. Belə ki, Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin mövqeyi güclənə bilər.
Rəsmi versiyada saxlanılan şəxslərin “terror təşkilatı” ilə əlaqəsi iddia olunsa da, ekspertlər bu ittihamları şübhə ilə qarşılayır. Onların fikrincə, belə ittihamlar daha çox siyasi və institusional məqsədlər üçün istifadə oluna bilər.
Nəticə etibarilə, Rusiyada baş verən bu hadisələr ölkədə din və dövlət münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələdə əsas məqsədin dini sahədə daha sərt mərkəzləşmə və nəzarət olduğu ehtimal edilir.
PictureBu prosesin uzunmüddətli nəticələri isə yalnız Rusiyanın daxili sabitliyi üçün deyil, həm də onun islam dünyası ilə münasibətləri baxımından ciddi əhəmiyyət kəsb edə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl "meduza" onu da yazmışdı ki, dindarların saxlanılması Çeçenistanın mühacirətdə olan keçmiş baş nazirinin müavini Ruslan Kutayevin senasion bəyanatındamn sonra başlayıb. O deyib ki, Moskvada yaşayan müsəlmanların lazımi anda hakimiyyəti ələ keçirməyə hazırdırlar. “Rusiyada hərəkətə keçmək lazım olduqda, lazımi anda hərəkətə keçəcəyik...Biz orada bizə uyğun bir hökumət quracağıq”, - deyə o, ötən ay verdiyi bəyanatda bildirib. Kutayev Rusiyanın “xaos içində” olduğunu, heç kimin “hakimiyyətə etibar etmədiyini” və "hamı Putinin məğlub olduğunu bildiyini" iddia edib.

Musavat.com

 

Seçilən
72
musavat.com

1Mənbələr