AZ

Gənc ictimai birlik nümayəndəsi: WUF13 gənclər üçün yeni baxış və beynəlxalq təcrübə qazandırdı

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

BMT-nin Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) gənclərin də diqqət mərkəzində olub.

Gununsesi.info xəbər verir ki, forum çərçivəsində keçirilən panel müzakirələri, beynəlxalq görüşlər və müxtəlif ölkələrdən olan iştirakçılarla ünsiyyət gənclər üçün yeni təcrübə və baxış formalaşdırıb.

“Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin üzvü Nicat İskəndərov bildirib ki, belə beynəlxalq tədbirlər gənclərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, WUF13 zamanı müxtəlif ölkələrdən gələn nümayəndələrlə ünsiyyət qurmaq, onların şəhərlərin gələcəyi, sosial inkişaf və beynəlxalq əməkdaşlıqla bağlı fikirlərini dinləmək maraqlı təcrübə olub:

“Bu forum mənə göstərdi ki, müasir dünyada gənclərin rolu artıq daha böyükdür. Gələcəkdə diplomat olmaq istəyən biri kimi belə beynəlxalq platformalarda iştirak etmək mənim üçün çox vacib təcrübədir. Burada müxtəlif mədəniyyətləri, fərqli düşüncə tərzlərini yaxından görmək insanın dünyagörüşünü dəyişir”.

N.İskəndərov qeyd edib ki, forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bir daha nümayiş etdirdi:

“Bu qədər fərqli ölkədən insanların Azərbaycana gəlməsi və Bakının beynəlxalq dialoq məkanına çevrilməsi qürurvericidir. Mən düşünürəm ki, belə tədbirlər gənclərin gələcəkdə daha aktiv, savadlı və beynəlxalq düşüncəli formalaşmasına böyük təsir edir”.

O əlavə edib ki, ictimai birliklərdə və könüllü fəaliyyətlərdə iştirak gənclərə özlərini inkişaf etdirmək, yeni əlaqələr qurmaq və beynəlxalq təcrübə qazanmaq üçün mühüm imkan yaradır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr