AZ

Yer fırlanma sürətini dəyişir - Günlərin uzanmasının daha bir səbəbi aşkarlandı

Son 3,6 milyon il ərzində Yer kürəsinin fırlanması xeyli yavaşlayıb. 

“Yeni Sabah” xəbər verir ki, bu nəticəyə Vyana Universiteti və İsveçrə Ali Texnologiya Mətəbinin (Sürix) alimləri gəliblər.

Tədqiqat Earth and Planetary Science Letters (EPSL) jurnalında dərc edilib. Pepperoni pizza

Alimlər milyonlarla il əvvəl okean dibində yaşayan təkhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarını araşdırıblar. Çöküntülərin təbiətinə və dəniz səviyyəsinin dəyişkənliyinə əsaslanaraq, onlar uzaq keçmişdə günün uzunluğundakı dəyişiklikləri bərpa edə biliblər.

Nəticələr göstərib ki, son illərdə Yer kürəsinin fırlanmasının yavaşlama sürəti son milyonlarla il əvvəlkini xeyli üstələyib.

Tədqiqatçılar sürətlənmiş yavaşlamanı iqlim dəyişikliyinin yaratdığı proseslərlə əlaqələndirirlər. Qütb buz örtüklərinin sürətlə əriməsi ucbatından nəhəng su kütlələri okeana axır və ekvatora daha yaxın yenidən paylanır.

Bu, planetin ətalət momentini artırır. O, fiqurlu konkisürənin qollarını açaraq yavaşlaması kimidir. Yəni Yer bir az daha yavaş fırlanmağa başlayır.

Dəyişikliklər hələ də kiçik olsa da (gündə bir millisaniyə), geoloji miqyasda onlar çox sürətli hesab olunur. Uzunmüddətli perspektivdə fırlanmanın hətta bir qədər yavaşlaması belə iqlim sistemlərinə, okean cərəyanlarına və günün uzunluğuna təsir göstərə bilər.

Müqayisə üçün: orta hesabla Yer kürəsində günün uzunluğu 1 əsrdə təxminən 1,7 millisaniyə artır. Lakin son onilliklərdə bu proses xeyli sürətlənib.


Telegram kanalımız
Seçilən
32
3
yenisabah.az

4Mənbələr