AZ

Sxadadze: “Böyük hesabla qələbə qazanmalıydıq”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasına vəsiqə uğrunda keçirilən “Qəbələ” – “Mingəçevir” oyunundan (2:0) sonra “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– “Qəbələ” azarkeşlərini təbrik edirəm və onlardan mövsümə görə üzr istəyirəm, sabiq oynamadıq. Bəzi anlarda gərginlik oldu. Oyuna gəlincə, favorit idik. Şadam ki, futbolçular oyuna ciddi yanaşdı və yaxşı futbol göstərdilər. Az qol vurduğumuza görə narazılıq var. Real epizodları qaçırdıq, amma heyətdə gənc oyunçularımızın olduğunu nəzərə alaq. İlk hissədə oyunun taleyini həll etdik. Çoxlu qol imkanları yaratmağı bacardıq. Rəqibə gəlincə, onların təcrübəli baş məşqçisi var. “Mingəçevir”in üstünlüyü əsas bu amildir. Məmmədovun sayəsində bura gəliblər. Ümumi götürəndə, üstün tərəf olduq və liqada qalmağa layiq idik.

– İddialara görə, klubdakı son oyununuz idi…

– Bu sualı rəhbərliyə vermək lazımdır. Müqaviləm davam edir.

– Ramiz Məmmədov bildirdi ki, baş hakim Tural Qurbanov oyunu yaxşı idarə edə bilmədi. O, məğlubiyyətə səbəb bunu görürdü. Siz necə düşünürsünüz?

– Elə düşünmürəm, böyük hesabla qələbə qazanmalıydıq. Rəqibin bir qol şansı da olmadı.

– Komandada qalacağınız halda, heyətdə nə kimi dəyişikliyi düşünürsünüz?

– Düzü, çox yorğunam. Sabah ölkəmə qayıtmaq fikrindəyəm. Döndükdən sonra bir çox məsələləri danışacağıq. Gələcək haqda danışmaq üçün tezdir.

– Milliyə cəlb olunan Rza Cəfərov bu gün nə üçün meydanda yox idi?

– Belə qərar verdik. Rza ilə danışdım və o, mövsümün ortasında bizə gəldi. Yarım il oynamamışdı və praktikaya ehtiyac var idi. Qərara gəldik ki, son matçlarda daha təcrübəli Səlahət Ağayevə şans verək. Məncə, yanılmadıq.

– “Qəbələ” oyununa görə 12 komanda arasında 11-ci olmamalı idi və həm də, sizin məşqçilik bacarığınıza şübhə yoxdur. Problem bəs nədə idi?

– Problem var ki, qeyri-sabitlik oldu. İndi sakit qalıb, bunları təhlil etməliyəm. Klubun prezidenti ilə danışanda da bildirdim ki, səhvləri təhlil etməliyik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
futbolpress.az

1Mənbələr