AZ

30 yaşında pensiyaya çıxmaq üçün “bomj həyatı” yaşayır – ildə 306 min dollar qazanır

24 yaşlı proqramçı Raymond Tszen yüksək maaş almasına baxmayaraq, son dərəcə sadə həyat tərzi seçib.

Musavat.com xəbər verir ki, Silikon Vadisində çalışan gənc mühəndis Meta şirkətində işləyir və illik gəliri təxminən 306 min dollardır. Buna baxmayaraq, onun yaşadığı mənzildə demək olar ki, heç bir əşya yoxdur. Raymond bildirib ki, nə avtomobili, nə divanı, nə də televizoru var.

Onun sözlərinə görə, dostları yaşayış tərzini “spartalı həyat” adlandırır. Proqramçı şəhərin ucqar hissəsində yaşayır, dəbdəbədən uzaq durur və yalnız tək yaşamağa, eləcə də nadir səyahətlərə pul xərcləyir.

Raymond Tszen topladığı vəsaiti investisiyalara yönəltmək niyyətindədir. O hesab edir ki, bu tempdə davam etsə, 30 yaşına qədər 2 milyon dollar, 40 yaşına qədər isə 7 milyon dollardan çox sərvət toplaya bilər.

Musavat.com

Seçilən
144
musavat.com

1Mənbələr