Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya ilə qarşılaşacaq.
"Tipos Arena"da reallaşacaq görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Təmsilçimiz dünən ilk tur çərçivəsində Avstriyanı 1:0 hesabı ilə yenibsə, İtaliya Fransa ilə qolsuz bərabərliyə razılaşıb.
Qeyd edək ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.
Toğrul