AZ

“Cibeles” fəvvarəsi Azərbaycan bayrağı rənglərində... - Foto

Madridin “Cibeles” fəvvarəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, fəvvarə paytaxt Madriddə Azərbaycanın Müstəqillik Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərə bürünüb.

Qeyd edək ki, İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir.

Seçilən
41
18
buta.tv

10Mənbələr