
Dünya futbolunun ən prestijli fərdi mükafatı sayılan “Qızıl top” (“Ballon d'Or”) mükafatlandırma mərasiminin bu il keçiriləcəyi tarix və məkan bəlli olub.
Yeniavaz.com xəbər verir ki, təntənəli tədbir oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda təşkil ediləcək.
Bu ilki mərasim xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Qızıl top” mükafatı 70 illik yubileyini qeyd edəcək. İlk dəfə 1956-cı ildə təqdim olunan nüfuzlu mükafatın ilk qalibi əfsanəvi ingilis futbolçu Stenli Mettyus olmuşdu. Yubiley tədbirinin futbolun beşiyi hesab edilən İngiltərədə keçirilməsi isə simvolik məna daşıyır.