RU

“Qızıl top”un 70 illik yubileyinin vaxtı və yeri məlum oldu


Dünya futbolunun ən prestijli fərdi mükafatı sayılan “Qızıl top” (“Ballon d'Or”) mükafatlandırma mərasiminin bu il keçiriləcəyi tarix və məkan bəlli olub.
Yeniavaz.com
 xəbər verir ki, təntənəli tədbir oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda təşkil ediləcək.
Bu ilki mərasim xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Qızıl top” mükafatı 70 illik yubileyini qeyd edəcək. İlk dəfə 1956-cı ildə təqdim olunan nüfuzlu mükafatın ilk qalibi əfsanəvi ingilis futbolçu Stenli Mettyus olmuşdu. Yubiley tədbirinin futbolun beşiyi hesab edilən İngiltərədə keçirilməsi isə simvolik məna daşıyır.
Избранный
25
5
yeniavaz.com

10Источники