AZ

Ermənistandakı seçkilərdə 2,5 milyondan çox insan səs verə biləcək

Ermənistanda keçiriləcək parlament seçkilərində 2,5 milyondan çox insan səs verə biləcək.

Day.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Ermənistannın Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, 7 iyuna nəzərdə tutulan parlament seçkiləri ərəfəsində ölkədə 2 485 232 səsvermə hüququ olan vətəndaş qeydiyyata alınıb.

 

Bundan əvvəl, 2021-ci ildə keçirilmiş növbədən-kənar parlament seçkiləri üçün 2 595 512 seçici qeydə alınmış, seçkilərdə isə 1 281 997 nəfər iştirak etmişdi.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Ermənistan parlament respublikasıdır. Seçkilərin nəticələrinə əsasən parlamentdə mütləq üstünlüyə malik olan siyasi qüvvə baş nazir seçmək hüququna malik olur.

Seçilən
55
15
day.az

10Mənbələr