Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Niderland prokurorluğu Rusiyanın "Spartak" futbol klubunun keçmiş hücumçusu Kvinsi Promesdən narkotik qaçaqmalçılığı işi üzrə 8 milyon avro müsadirə edilməsini tələb edir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat verib.
Mənbənin məlumatına görə, prokurorluq əmindir ki, "qırmızı-ağlar"ın keçmiş vingeri kokain satışından ən azı 8 milyon avro qazanıb və buna görə də məbləği geri qaytarmalıdır.
Xatırladaq ki, Niderlandda Promes iki cinayət işi üzrə ümumilikdə 7.5 il müddətinə həbs cəzasına məhkum edilib. Futbolçu ilk 18 aylıq həbs cəzasını 2023-cü ilin yayında alıb. O, qohumuna bıçaqla hücum etməkdə təqsirli bilinib. İkinci cinayət işi qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə bağlıdır. 2024-cü ilin fevral ayında Promes altı il müddətinə həbs cəzasına məhkum edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.