AZ

Yaponiya zabitləri NATO-nun Ukraynadakı qərargahına göndəriləcək

Yaponiya özünümüdafiə qüvvələrinin zabitləri Ukraynaya hərbi yardımın çatdırılmasını və Ukrayna hərbçilərinin təlimini əlaqələndirən NATO komandanlığında işə başlayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, söhbət NATO-nun Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlimi (NSATU) missiyasından gedir. Onun qərargahı Almaniyanın Visbaden şəhərində yerləşir və şəxsi heyətin sayı 700 nəfərə çatır. Komandanlıq 2024-cü ilin iyul ayında yaradılıb.

Tokio Almaniyaya dörd zabit göndərəcək: Quru özünümüdafiə qüvvələrinin iki nümayəndəsi və hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrindən bir nümayəndə. Onlar hərbi yardımın çatdırılmasını əlaqələndirəcək, tərəfdaş ölkələrlə qarşılıqlı əlaqədə olacaq və Ukrayna hərbçilərinin təlimini təşkil edəcəklər.

Bu, Ukrayna təcrübəsini, o cümlədən hərbi əməliyyatların aparılması üçün müasir metodları öyrənməklə Yaponiyanın özünün müdafiə potensialını gücləndirməyə, eləcə də Yaponiya ilə NATO arasında əməkdaşlığı dərinləşdirməyə kömək edəcək, - deyə Yaponiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Musavat.com

Seçilən
13
1
musavat.com

2Mənbələr