ain.az, Qol.az portalına istinadən məlumat verir.
Azərbaycan millisi İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxıb.
QOL.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.
Azərbaycan yığması ilk turda Avstriyanı üstələmişdi. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. Beləliklə, Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib.
Qeyd edək ki, yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.