AZ

İran dövlət televiziyası: ABŞ-a məxsus hava aparatı vurulub

İran dövlət televiziyası: ABŞ-a məxsus hava aparatı vurulub

İran mətbuatı Fars körfəzi sahilindəki Buşəhr əyalətində eşidilən partlayış səsinin hava hücumundan müdafiə sistemlərinin düşmən hava aparatlarına müdaxiləsindən qaynaqlandığını bəyan edib.

AFN.az xəbər verir ki, Cəm şəhərinin icra başçısı Məsud Təngistani bir hava aparatının vurularaq salındığını açıqlayıb.

İran dövlət televiziyasının məlumatına görə, hadisə Fars körfəzi sahilində yerləşən Buşəhr əyalətinin Cəm şəhərində qeydə alınıb.

Partlayış səsinin məhz hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərinə qarşı fəaliyyəti zamanı yarandığı bildirilib.

Mövzu ilə bağlı dövlət televiziyasına danışan Cəm icra başçısı Məsud Təngistani Silahlı Qüvvələr tərəfindən Cəm səmalarında bir hava aparatının vurulduğunu təsdiqləyib.

Təngistani hazırda şəhərdə vəziyyətin sabit və sakit olduğunu diqqətə çatdırıb.

"Fars" Xəbər Agentliyi də bölgədəki mənbələrinə istinadən yaydığı məlumatda hava hücumundan müdafiə sistemlərinin Fars körfəzi üzərində bir hava aparatını hədəf aldığını və həmin aparatın körfəz sularına düşdüyünü qeyd edib.

Seçilən
32
afn.az

1Mənbələr