AZ

Qarabağ ermənilərinin070 kodlu pasportu – qalmaqal böyüyür

Parlament seçkiləri ərəfəsində Qarabağ ermənilərinin səsvermədə iştirak hüququ ətrafında Ermənistan daxilində müzakirələr davam edir.

Musavat.com xəbər verir ki, erməni vəkil Roman Yeritsyan hakimiyyət orqanlarını Qarabağ ermənilərinin seçkilərdə iştirak hüququnu nəzərə almamaqda ittiham edib.

İrəvandakı qondarma rejimin nümayəndəliyinin binası qarşısında keçirilən aksiya zamanı çıxış edən vəkil bildirib ki, Ermənistan məhkəmələri artıq üç qərarla Qarabağ ermənilərinin istifadə etdikləri pasportun növündən asılı olmayaraq səsvermə hüququnu təsdiqləyib.

Onun sözlərinə görə, bu qərarlar həm köhnə nümunəli, 070 kodlu pasport sahiblərinə, həm də yeni pasport daşıyan şəxslərə şamil olunur.

Yeritsyan iddia edib ki, məhkəmə qərarları apellyasiya şikayətinə açıq olmadığı halda, Ermənistan Daxili İşlər Nazirliyi həmin qərarlardan şikayət verib.

Vəkilin sözlərinə görə, bu addım Qarabağ ermənilərinin seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı yeni mübahisələrə səbəb olub.

Musavat.com

Seçilən
26
1
musavat.com

2Mənbələr