AZ

İnyiqo Peres “Rayo Valyekano”dan ayrıldı

“Rayo Valyekano”nun baş məşqçisi İnyiqo Peres vəzifəsindən ayrıldığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis qərarın onun üçün olduqca çətin olduğunu, lakin bu addımı zəruri saydığını bildirib.

“Biz birlikdə qarşıya qoyulan hədəflərə çatdıq və hətta xəyal etmədiyimiz arzuları reallaşdırdıq. Görülən işdən məmnunam”, – deyə məşqçi “Mundo Deportivo”ya istinadla bildirib.

Qeyd edək ki, “Rayo Valyekano” bu yaxınlarda Konfrans Liqasının finalında “Kristal Pelas”a 0:1 hesabı ilə məğlub olub. Komanda La Liqanı 8-ci pillədə başa vurub.

Bundan əvvəl mətbuatda “Vilyarreal”ın yeni baş məşqçi axtarışında olduğu və Peresi də namizədlər sırasında gördüyü barədə xəbərlər yayılmışdı.

Seçilən
31
90deqiqe.az

1Mənbələr