AZ

Tramp İranla bağlı son qərarı bu gün verə bilər

Tramp İranla bağlı son qərarı bu gün verə bilər

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşərək, İranla saziş barədə son qərarını verə biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp "Truth Social" hesabından etdiyi paylaşımda İranla danışıqların gedişatına dair mühüm bəyanatlar verib.

Açıqlamasında "İran heç bir vaxt nüvə silahına və ya bombasına sahib olmayacağını qəbul etməlidir. Hörmüz boğazı hər iki istiqamətdə limitsiz dəniz nəqliyyatı üçün dərhal və hər hansı bir keçid rüsumu tələb edilmədən açılmalıdır" ifadələrini işlədən Tramp, boğazdakı minaların da təmizlənməli olduğunu vurğulayıb.

Tramp bir azdan Situasiya Otağında milli təhlükəsizlik komandası ilə iclasa başlayacağını və bir çox bənd üzrə razılıq əldə etdiklərini bildirərək, "İndi son qərarı vermək üçün Situasiya Otağında toplantıya daxil oluram" qeydini edib.

ABŞ Prezidenti razılıq əldə olunacağı təqdirdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının ləğv ediləcəyini və İrandakı nüvə tozunun da ABŞ-a təhvil veriləcəyini diqqətə çatdırıb.

Seçilən
19
afn.az

1Mənbələr