AZ

Qurdlardan qoruyan qoyun zirehi düzəldildi, heyvansevərlər ayağa qalxdı - Video

Avstriyada qoyunları mümkün qurd hücumlarından qorumaq məqsədilə hazırlanmış xüsusi qoruyucu geyim müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Karintiya bölgəsindən olan bir ixtiraçı qoyunlar üçün xüsusi müdafiə kostyumu hazırlayıb. Layihənin görüntüləri ictimaiyyətə təqdim edildikdən sonra Avstriya Heyvanların Mühafizəsi Cəmiyyəti məsələ ilə bağlı hüquqi prosedura başlayıb. 

Təşkilat geyimin heyvanların hərəkət azadlığını məhdudlaşdıra biləcəyini əsas gətirərək, Heyvanların Mühafizəsi Qanununun pozulması ehtimalı ilə əlaqədar şikayət verib.

Bununla yanaşı, qoruyucu kostyumun həqiqətən qanun pozuntusu hesab olunub-olunmayacağı hələlik məlum deyil. Hazırda məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.

 

Musavat.com

Seçilən
67
1
musavat.com

2Mənbələr