AZ

İran yığması FİFA dan cavab gözləyir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Futbol üzrə Dünya çempionatına hazırlaşan İran yığma komandası viza prosedurları ilə bağlı FİFA-nın cavabını gözləyir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi yğma komandaya həm ABŞ, həm də Meksikaya səyahət üçün çoxdəfəlik vizaların verilməsinə dair müraciətlərinə FİFA-dan bu həftə cavab alacaqlarını bildirib.

İran və Qambiya milli komandaları arasında Antalyada keçirilən yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlama verən Nəbi bildirib ki, bir həftə ərzində Meksikaya getməlidirlər. Lakin, FİFA-ya edilən müraciətə hələ cavab verilməyib.

Qeyd edək ki, futbol üzrə Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
119
3
azertag.az

4Mənbələr