AZ

Putindən xəbərdarlıq: Kalininqrada hücum etsələr...

Sitat.info portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kalininqrada hücuma cəhd edənləri yerlə bir etmək üçün vasitələrimiz var.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kalininqrada hücumla bağlı səsləndirilən fikirləri şərh edərkən deyib.

"Nə dediniz? Onların yerlə bir etmək üçün vasitələri var? Rusiya bazalarını? Rusiya Federasiyasının bunu etməyə çalışan hər kəsi yerlə yeksan etmək üçün bütün vasitələri var", - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Litvanın xarici işlər naziri Kestutis Budris “NATO ruslara alyansın Kalininqrada hücum edə biləcəyini göstərməlidir” deyə bəyanat yaymışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
sitat.info

2Mənbələr