AZ

Livanlı fermerlər İsrailin ağ fosfordan istifadə etdiyini iddia edir


“İsrail ordusu Livanın cənubunda məhsul yığan fermerlərə qarşı ağ fosfor əsaslı yandırıcı sursatlardan istifadə edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə regional fermerlər assosiasiyasının rəhbəri Məhəmməd Hüseyni “RİA Novosti”yə danışıb.
Onun sözlərinə görə, hava hücumları nəticəsində kənd təsərrüfatında çalışan Livan, Suriya və Fələstin vətəndaşları da daxil olmaqla çoxsaylı fermerlər həlak olub. Hüseyni əlavə edib ki, Livanın cənubuna hücumlarda ağ fosforun intensiv istifadəsi məhsulların tamamilə məhv olmasına səbəb olub:
“Ağ fosfor təkcə cari mövsümə deyil, həm də gələcək məhsullara zərər verir. O, suya, torpağa, yetkin ağaclara, eləcə də mal-qaraya, quşçuluğa və arıçılığa zərər verir”.
Seçilən
37
1
yeniavaz.com

2Mənbələr