AZ

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”nin adına əlavə edilməsini qadağan etdi


ABŞ Rayon Məhkəməsinin hakimi Kristofer Kuper “Kennedi Mərkəzi”​​​​​​​nin adının “Tramp-Kennedi Mərkəzi”​​​​​​​nə dəyişdirilməsinin qanunsuz olduğuna qərar verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Politico məlumat yayıb. 
Məhkəmənin qərarına görə, bu mümkünsüzdür, çünki qurum “yalnız Prezident Kennedi”yə həsr olunmalıdır.
Hakim həmçinin mərkəzin təmir işlərinə icazə vermək üçün iki il müddətinə bağlanması qərarını ləğv edib. Hakimin sözlərinə görə, təmir işləri mərkəzin idarə heyəti ilə məsləhətləşmələrdən sonra həyata keçirilə bilər.
Qeyd edək ki, “Kennedi Mərkəzi” kimi də tanınan Con F. Kennedi adına İfa Sənətləri Mərkəzi 1971-ci ildən fəaliyyət göstərir. 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp mərkəzin qəyyumlar şurasını ləğv edərək yeni üzvlər təyin edib. Yeni üzvlər Trampı sədr seçdi və adının mərkəzin adına əlavə edilməsinə səs verib. 
Seçilən
35
yeniavaz.com

1Mənbələr