“Bu sualı rəhbərliyə vermək lazımdı. Mənim müqaviləm davam edir. Hazırda yorğunam, uçub getmək haqda düşünürəm”.
Sxadadze uçmaqda olsun, biz isə onun taleyi ilə bağlı sualı “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya verməkdə:
“Hələ ki birillik müqaviləmiz var. Müqaviləyə xitam verilməsi gözlənilmir”.
Xatırladaq ki, gürcü mütəxəssis 2024-cü ilin fevralından komandanı çalışdırır.
İSRAYIL XEYRULLAYEV