AZ

Okeanın dərinliklərində yeni və qorxunc canlılar TAPILDI

ain.az bildirir, Lent az portalına istinadən.

Okeanın dərinliklərində alimlər son bir il ərzində elmə əvvəllər məlum olmayan mindən çox yeni dəniz canlısı növü aşkar ediblər. Onların arasında “xəyal köpəkbalığı” və yırtıcı xüsusiyyətlərinə görə qeyri-rəsmi olaraq “ölüm kürəsi” adlandırılan canlı da var.

Lent.az xəbər verir ki, araşdırmalar yeni dəniz faunası növlərinin öyrənilməsi və təsvirinə yönəlmiş beynəlxalq təşəbbüs çərçivəsində aparılır. Alimlərin qiymətləndirməsinə görə, okeanlarda hələ aşkar edilməmiş iki milyona qədər növ mövcud ola bilər. Layihə Nippon və Nekton fondları tərəfindən dəstəklənir.

Ən maraqlı tapıntılardan biri “xəyal köpəkbalığı” adlandırılan, yarımşəffaf bədənə və parlayan gözlərə malik dərinlik yırtıcısı olub. Tədqiqatçılar həmçinin kiçik xərçəngkimiləri yapışqan qarmaqlar vasitəsilə ovlayan ət yeyən süngəri qeyri-rəsmi “ölüm kürəsi” adlandırıblar.

“Xəyal köpəkbalığı” Mərcan dənizində, Avstraliya sahilləri yaxınlığında 800 metrdən artıq dərinlikdə aşkar edilib.

“Ölüm kürəsi” adlandırılan süngər isə Cənubi Sendviç adaları yaxınlığında 3600 metrdən çox dərinlikdə tapılıb.

Alimlərin diqqətini həmçinin yarımşəffaf süngərin daxilində yaşayan və ehtimal ki, onunla simbiotik münasibətdə olan əvvəllər məlum olmayan sualtı qurd da cəlb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
lent.az

3Mənbələr