Azərbaycan milli minifutbol komandası hazırda Slovakiyada davam edən Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı.
Oxuməni.az xəbər verir ki, Elşad Quliyevin məşqçisi olduğu komanda F qrupunun ikinci turunda İtaliyanı inamlı şəkildə məğlub etdi.
“Tipos Arena”da keçirilən oyun Azərbaycanın 3-0 hesablı qələbəsi ilə başa çatdı. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurdular.
Bu qələbə ilə Azərbaycan pley-offa erkən vəsiqə qazandı.
Dünən Azərbaycan Avstriyanı 1-0 hesabı ilə məğlub etdi, bu gün isə qrupumuzda Fransa avstriyalıları 3-1 hesabı ilə məğlub etdi.
İki turdan sonra Azərbaycanın 6, Fransanın 4, İtaliyanın 1 və Avstriyanın 0 xalı var.
Xatırladaq ki, Azərbaycan milli komandası AVRO 2022-nin qalibi olub.
Almaz Həsənli