sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Polşanın "Legiya" (Varşava) klubuna transfer olunan "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç Sport24.az-a açıqlama verib.Xorvatiyalı qolkiper Motor Lublindən "Legiya"ya keçidini dəyərləndirib və yeni komandasında etimadı doğrultmağa çalışacağını bildirib.Brkiç Azərbaycandan təklif alıb-almaması ilə bağlı suala da aydınlıq gətirib:"Legiya"ya transfer mənim üçün yeni başlanğıcdır. Bu, böyük tarixə malik klubdur. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycandan təklif almışammı? Açıq danışacağam, ölkənizi çox sevirəm. Amma mənə heç bir təklif olmayıb".Qeyd edək ki, İvan Brkiç 2024-cü ildən "Motor"un heyətində çıxış edib və yay transfer dönəmində "Legiya" ilə müqavilə imzalayıb. O, 2022-2024-cü illərdə "Neftçi"nin uğurları üçün çalışıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.