AZ

“Universitetlər diplom fabrikinə çevrilib” Ekspert 

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əmrah Həsənli: Dövlətin ehtiyacından qat-qat çox müəllim hazırlanır 

Pedaqoji ixtisaslar Pedaqoji Universitetdən başqa bütün digər ali məktəblərdə tamamilə ləğv edilməlidir

“Azərbaycanda pedaqoji ixtisaslar üzrə məzun sayı ilə əmək bazarının real tələbatı arasında ciddi uyğunsuzluq mövcuddur. Hər il ali məktəblər təhsil sisteminin ehtiyac duyduğundan dəfələrlə çox müəllim məzunu hazırlayır, nəticədə minlərlə gənc ixtisası üzrə iş tapmaqda çətinlik çəkir”.

Sherg.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli deyib. 

Ekspert qeyd edib ki, ölkədə məktəblərdəki vakant yerlərin sayı məlum olduğu halda, Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində on minlərlə namizədin növbədə qalması problemin miqyasını açıq şəkildə göstərir: “Əgər dövlətin real ehtiyacı bu qədər müəllim deyilsə, o zaman hər il minlərlə gəncin pedaqoji ixtisaslara qəbul olunmasına yenidən baxılmalıdır. Gənclərə illərlə formalaşan, lakin sonda doğrulmayan gözləntilər təqdim etmək düzgün yanaşma deyil. Nəticədə onların bir qismi repetitorluq fəaliyyəti ilə məşğul olur, digərləri isə tamamilə fərqli sahələrdə çalışmaq məcburiyyətində qalır”.

Ə.Həsənli hesab edir ki, problemin həlli üçün müəllim hazırlığı sistemində struktur dəyişikliklərinə ehtiyac var: “Pedaqoji kadr hazırlığı vahid strategiya əsasında həyata keçirilməli, qəbul planları əmək bazarının real tələbatına uyğun müəyyənləşdirilməlidir. Müəllim hazırlayan ali təhsil müəssisələrinin sayı və qəbul kvotaları dövlətin uzunmüddətli ehtiyacları nəzərə alınaraq tənzimlənərsə, gələcəkdə həm kadr keyfiyyəti yüksələr, həm də məzunların məşğulluq problemi əhəmiyyətli dərəcədə azalardı. Pedaqoji ixtisaslar Pedaqoji Universitetdən (ADPU) başqa bütün digər ali məktəblərdə tamamilə ləğv edilməlidir! Müəllim hazırlığı tək bir peşəkar mərkəzdə toplanmalı və qəbul planı dövlətin real müəllim ehtiyacına uyğun tənzimlənməlidir. Universitetlər "diplom fabriki" kimi işləməyi dayandırmalıdır! Əsas məqsəd gənclərə sadəcə diplom vermək deyil, onların ixtisasları üzrə uğurlu karyera qurmasına şərait yaratmaq olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
sherg.az

1Mənbələr