Göygöl rayonunda sürücü idarəetməni itirərək avtomobilini reklam lövhəsinə çırpıb.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə Gəncə - Göygöl magistral avtomobil yolunda qeydə alınıb. Azər Verdiyev "Ceat" markalı maşını yüksək sürətlə idarə edərkən maşını reklam lövhəsinə çırpıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.