ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya göstərilib."Football-plus.az" xəbər verir ki, komanda Çempionlar Liqasının (ÇL) bu gün keçiriləcək finalında “Arsenal”a qalib gəlsə, futbolçulara böyük məbləğdə pul mükafatı veriləcək. “Ekip” qəzetinin məlumatına görə, rəhbərlik ÇL-in qalibi olacaqları halda hər biri oyunçuya 1 milyon avro bonus ödəyəcək.Xatırladaq ki, PSJ-nin oyunçuları turnirin ötən mövsümünün finalında “İnter” üzərində 5:0 hesablı qələbəyə görə eyni məbləğdə mükafat qazanmışdılar.Qeyd edək ki, bonus məbləğləri mövsümün əvvəlində müzakirə olunub. Rəhbərlik ilə danışıqlarda komandanın 4 kapitanı - Markinyos, Usman Dembele, Əşrəf Hakimi və Vitinya iştirak etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.