Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşıb. Matç millimizin 3:2 hesablı qələbəsi ilə başa yekunlaşıb. Millimizin heyətində Cəfər Cəfərov, Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər.
Bu nəticədən sonra yığmamız Avropa çempionatında qrupu lider olaraq başa vurub.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib.