AZ

Putin ilk addımı atdı

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən idxal olunan bəzi malların rəsmiləşdirilməsi və markalanması üçün tətbiq edilən müvəqqəti qaydaların müddətini uzadıb.

Publika.az xəbər verir ki, rəsmi hüquqi informasiya portalında dərc olunan sənədə əsasən, bu qaydalar 31 avqust 2026-cı il tarixinə qədər qüvvədə olacaq.

Dəyişikliklər Rusiyanın dövlət sərhədində gömrük tənzimləməsinin xüsusiyyətlərinə dair fərmana daxil edilib.

Bundan əvvəl Rusiya Prezidenti İrəvanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyinə Moskvanın mane olmayacağını bildirmiş, lakin bunun ticarət, enerji və miqrasiya sahələrindəki güzəştlərin ləğvinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Bununla paralel olaraq, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanda Aİ və Aİİ arasında seçim etmək üçün referendum keçirilməsini dəstəkləyən birgə bəyanat yayıblar.

Vladimir Putinin imzaladığı bu qərar Ermənistan üçün həm texniki, həm də strateji baxımdan ikili mahiyyət daşıyır. Bir tərəfdən, idxal olunan malların rəsmiləşdirilməsi və markalanması üçün tətbiq edilən müvəqqəti qaydaların uzadılması Ermənistan ixracatçıları üçün müəyyən sabitlik yaradır. Bu, Aİİ bazarına məhsul çıxaran erməni sahibkarlara mövcud şərtlərlə işləməyə davam etmək və gözlənilməz hüquqi dəyişikliklərdən qaçmaq imkanı verir. Yəni, iqtisadi əlaqələrin texniki aspektində qeyri-müəyyənlik müvəqqəti olaraq aradan qaldırılır və ticarət prosesi daha rahat davam edir.

Seçilən
30
2
publika.az

3Mənbələr