AZ

Kremlin adamından Paşinyana ultimatum: Azərbaycana getsin

Ermənistanda siyasi mübarizə fonunda səslənən yeni açıqlama diqqət çəkib.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri postuna iddialı olan Kremlin əsas adamı olan biznesmen Samvel Karapetyan Nikol Paşinyanın qarşıdakı seçkilərdə məğlub olacağını bildirib.

“Hrparak” nəşrinin məlumatına görə, Karapetyan müxalifətin seçkilərdə qələbə qazanacağına ümid etdiyini, komandasının Ermənistan xalqının rifahını təmin edə biləcəyini söyləyib.

O, Paşinyanın seçkilərdən sonra ölkəni tərk edə biləcəyini qeyd edərək, baş nazirin qarşısında iki variantın olduğunu iddia edib:

“Onun gedəcək yeri var. Hər halda, iki variantı var - Kanadaya və ya Azərbaycana getmək”.

Musavat.com

Seçilən
170
27
musavat.com

10Mənbələr