AZ

Məşhur platformada kritik sızma – 340 milyon insanın bank məlumatları təhlükədə

Dünyanın ən məşhur onlayn platformalarından biri ətrafında ciddi kibertəhlükəsizlik qalmaqalı yaranıb.

Musavat.com xəbər verir ki, hakerlər OnlyFans platformasının sındırıldığını və təxminən 340 milyon istifadəçinin məlumatlarının internetə sızdırıla biləcəyini iddia ediblər.

Məlumata görə, mümkün sızma nəticəsində elektron poçt ünvanları, telefon nömrələri, istifadəçilərin əlaqələndirdiyi sosial şəbəkə hesabları, profil məlumatları və bank kartlarına aid bəzi məlumatlar təhlükə altına düşüb.

Hakerlər məlumat bazasının artıq qapalı forumlarda yayıldığını bildiriblər. Hazırda platforma rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadəçilərə hesab şifrələrini dəyişməyi, iki mərhələli qoruma sistemini aktivləşdirməyi və bank əməliyyatlarını diqqətlə izləməyi tövsiyə edirlər.

Musavat.com

Seçilən
64
2
musavat.com

3Mənbələr