AZ

ŞOK! "Turan Tovuz”un yerinə avrokuboklara “Zirə” gedə bilər

Azərbaycan Premyer Liqasında başa çatan mövsümü üçüncü pillədə yekunlaşdıran “Turan Tovuz” avrokuboklara vəsiqə qazansa  da, bu hüquqdan məhrum edilə bilər.


Manset.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, UEFA Konfrans Liqasına Tovuz təmsilçisinin yerinə, “Zirə”nin yollanmaq ehtimalı yaranıb.


Məsələnin detalları tezliklə açıqlanacaq. Bununla bağlı UEFA-nın artıq qərar verdiyi, problemin Tovuz klubunun 2018-2022-ci illər arasında yaşadığı problemlərlə əlaqədar olduğu bildirilir.


Qeyd edək ki, "Turan Tovuz"un 32 il sonra qitə turnirlərində iştirak etmək hüququ yaranıb.

Seçilən
25
manset.az

1Mənbələr