AZ

Pentaqon: ABŞ artıq zəngin ölkələrin müdafiə xərclərini öz üzərinə götürməyəcək

ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun artıq varlı ölkələrin müdafiə xərclərini öz üzərinə götürməyəcəyini bəyan edib.

APA xəbər verir ki, o, bu barədə Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda danışıb.

Heqset bildirib ki, ABŞ protektoratlar deyil, tərəfdaşlar istəyir və müttəfiqlik münasibətləri asılılıq deyil, ortaq məsuliyyət prinsipi üzərində qurulmalıdır.

Seçilən
106
1
apa.az

2Mənbələr