AZ

Rusiya ilə danışıqlar aparılıb, lakin ümidim yoxdur Zelenski

ain.az bildirir, Axar.az portalına istinadən.

Qərb tərəfdaşları Kremlin böyük ehtimalla Kiyevə həyata keçirməyi planlaşdırdığı kütləvi hücumla bağlı ruslarla danışıq aparıblar. Lakin bunun aqressoru dayandıracağına ümid etməyə dəyməz.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Kəşfiyyatdan daxil olan məlumatlara görə, genişmiqyaslı zərbə ehtimalı hələ də aktualdır. Biz bilirik ki, tərəfdaşlar bu məsələ ilə bağlı ruslarla danışıblar. Amma Moskvada kiminsə fikrini dəyişəcəyinə inam yoxdur”, – deyə prezident bildirib.

Zelenski vurğulayıb ki, ordunun bütün bölmələri mümkün hücumun qarşısını almağa hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
3
axar.az

4Mənbələr