AZ

İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

İsrailin Livanın cənubundakı Sidon bölgəsindəki Adlun şəhərinə endirdiyi hava zərbləri zamanı evin uçması nəticəsində dağıntıların altında qalan 1 ailədən olan 9 suriyalı qaçqın, o cümlədən 6 uşaq həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi olan NNA məlumat yayıb.

Bildirilib ki, İsrailə məxsus təyyarələr Adlun şəhərində mülki əhalinin yaşadığı evi hədəfə alıb.

Livanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il martın 2-dən indiyədək İsrailin hücumları nəticəsində bu ölkədə 3371 nəfər ölüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
4
azertag.az

5Mənbələr