AZ

NATO Hərbi Komitəsinin rəhbəri: “Alyans parçalanmır, dəyişir”

NATO parçalanma deyil, çoxdan gözlənilən və zəruri dəyişiklik dövrünü yaşayır.

Bloomberg xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində səsləndirib.

“Biz alyans daxilində parçalanma deyil, çoxdan yetişmiş, zəruri və nəticə etibarilə faydalı dəyişiklik müşahidə edirik”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik “məsuliyyətin artırılmasına daha ciddi yanaşma” və “yükün ədalətli, realist şəkildə bölüşdürülməsi” ilə bağlıdır.

“Avropalılar müdafiə, potensialın inkişafına investisiya və öz təhlükəsizliklərinin təmin edilməsində liderlik baxımından daha böyük məsuliyyət götürürlər”, - deyə NATO Hərbi Komitəsinin rəhbəri izah edib.

Seçilən
53
4
apa.az

5Mənbələr