AZ

Yüzlərlə təyyarə reysi təxirə salındı

Yaponiyada iyunun 2-də Okinavaya çata biləcək tayfunun yaxınlaşması səbəbindən ən azı 290 uçuş ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, NHK-nin məlumatına görə, ləğv edilmiş uçuşların 31 may - 2 iyun tarixləri arasında Okinavaya yola düşməsi və ya çatması planlaşdırılırdı.

Milli Meteorologiya Administrasiyasının məlumatına görə, tayfunun episentri Okinavanın cənubundadır və şimala doğru hərəkət edir.

Onun iyunun 1-də Amami adalarına və ertəsi gün Okinava prefekturasının əsas adasına çatacağı gözlənilir.. 

Seçilən
33
ucnoqta.az

1Mənbələr