AZ

"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"

style='margin-bottom:10px;'>

PSJ-nin yarımmüdafiəçisi Joao Neves Çempionlar Liqasının qalibi olmaqlarından söz açıb.

QOL.az xəbər verir ki, Paris təmsilçisi finalda "Arsenal"ı üstələyib (1:1, penaltilər seriyası - 4:3).

İnsayder Fabritsio Romanon yaydığı məlumata görə, 22 yaşlı futbolçu görüşdən sonra "Arsenal"a söz atıb. O söyləyib: "Düzünü desəm, meydanda yalnız bir komanda gördüm".

Qeyd edək ki, Final oyunu Budapeştdəki "Puşkaş Arena"da keçirilib. Hakim Daniel Siebert (Almaniya) olub. "Arsenal"ın hücumçusu Kay Havertz 6-cı dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele penaltidən qolla hesabı bərabərləşdirib. Əsas və əlavə vaxt bu hesablarla yekunlaşıb. Penaltilər seriyasında isə PSJ qələbə qazanıb.

Seçilən
41
teleqraf.com

1Mənbələr