İran ABŞ dronunu vurduğunu iddia edir
Bu gün SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Bununla bağlı, "Tasnim News" məlumat yayıb. Yayılan bəyanatda bildirilir ki, ABŞ ordusuna məxsus olduğu iddia edilən MQ-1 tipli pilotsuz uçuş aparatı səhər saatlarında İranın ərazi sularına aid hava məkanına daxil olub. SEPAH-ın məlumatına görə, pilotsuz aparat "təxribat xarakterli əməliyyat" həyata keçirməyə cəhd göstərərkən İranın yeni hava hücumundan müdafiə raket sistemləri tərəfindən aşkar edilərək hədəfə alınıb və məhv edilib. İRADƏ