AZ

Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb VİDEO

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb.

Bu barədə Oxu.Az-a qrupun rəhbəri Səid İsrafilov məlumat verib.

Qrup rəhbərinin sözlərinə görə, zəvvarlar həcc əməllərini yerinə yetirdikdən sonra Vətənə qayıdırlar:

"Həcc əməllərini başa çatdırdıqdan sonra zəvvarlar ötən gecə vida təvafını yerinə yetiriblər. Onlar avtobuslarla Ciddə Beynəlxalq Hava Limanına gətiriliblər. Yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 12:50) zəvvarları daşıyan təyyarə Bakıya istiqamət alıb. Təyyarənin axşam saatlarında paytaxta enməsi gözlənilir".

Xatırladaq ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
cebheinfo.az

3Mənbələr