AZ

Millimiz Macarıstanla oyunun hazırlıqlarına başladı

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi üçün təlim-məşq toplanışına başlayıb. Sport24.az xəbər verir ki, yığma iyunun 5-də Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstan millisi ilə qarşılaşacaq.

Siyasət Əsgərovun yetirmələri iyunun 9-da isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən "Petar Miloşevski" stadionunda Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, AFFA seçmə mərhələ oyunları üçün millinin heyətini də açıqlayıb. Siyahıda "Neftçi", "Yüksekovaspor", "Beşiktaş", "Fənərbağça", "Hamburq", "Partizan", "Rubin" və digər klublarda çıxış edən futbolçular yer alıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
sport24.az

1Mənbələr