Son günlər Arne Slot ilə bağlı yayılan xəbərlər doğru çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul” baş məşqçi ilə yolları ayırıb. İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Slot “Liverpul”u 2024-cü ilin yayından çalışdırırdı. Komanda niderlandlının rəhbərliyi altında ilk mövsümdə İngiltərə çempionu olub. “Liverpul” yenicə sona çatan mövsümündə isə premyer-liqanı 60 xalla 5-ci pillədə başa vurub.
Yerli mənbələrə görə, Slotun yerini tutmağa əsas namizəd “Bornmut”dan ayrılan Andoni İraoladı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta