AZ

Xaricdən təkliflər var, amma Premyer Liqa klubu Andrade üçün geri addım atmır – ÖZƏL

“Araz-Naxçıvan” növbəti mövsümün planlamasını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlikdə əsas hədəf heyətin aparıcı üzvlərini qorumaqdır. Onlardan biri də Patrik Andradedir.

Rəhbərlik futbolçunun ayrılmasını istəmir. Oyunçu ötən yay Naxçıvan təmsilçisi ilə 1+1 müqavilə imzalayıb.

Rəhbərlik Andradenin sözləşməsindəki “+1” illik bəndi aktivləşdirmək istəyir.

Kabo-Verde milli komandasının üzvünün ölkəxaricindən də təklifləri var. Ancaq Naxçıvan təmsilçisi legionerini buraxmaq niyyətində deyil.

Qarşıdakı günlərdə futbolçunun növbəti mövsüm karyerasını hansı klubda davam etdirəcəyi bəlli olacaq.

Seçilən
35
idmanxeber.az

1Mənbələr